• Ev
  • Fəaliyyətimiz
  • Xəbərlər
  • Məqalələr
  • İsveçdə Azərbaycan yazıçıları
  • İdarə Heyəti
  • Bəyaniyələr
  • Əsasnamə
  • Əlaqə
  • TürkcəTürkcə
  • SvenskaSvenska
  • EnglishEnglish
ruhani
May 13 2020

İsveç Azərbaycan Federasyonunun “Xudafərin” və “Qız Qalası” su bəndləri üzərindəki körpülərlə bağlı BƏYANATI

Son günlərAzərbaycanda “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları (SES) ilə bağlı geniş təbliğat kampaniyaları aparılmaqdadır. İqtidar yanlıları bu hidroqovşaq və SES-in qanuniliyini, faydalılığını, milli mənafeyimizə uyğun olmasını qabartmağa çalışır, qarşıdaşlar isə başlıca sorunun su bəndi üzərindən İran İslam Cümhuriyyətinin çəkdiyi yol və tikdiyi körpülər olduğunu vurğulayır, bu qanunsuzluğa qarşıAzərbaycan iqtidarının susqunluğunu isə milli mənafeyə xəyanət kimi dəyərləndirir.

İsveç Azərbaycan Federasyonu (AzFİ) İdarə Heyəti bildirir ki, “İslam Cümhuriyyəti” adı altında gizlənmiş İran Fars şovinizmi beynəlxalq hüquqa zidd olaraq bu su bəndi və SES üzərindən qanunsuz yol çəkib körpülər salmış və Azərbaycan torpaqlarını işğal edən Erməni terroristlərinə silah-sursat da daxil hər cür strateji yardım göstərməyə başlamışdır. Əslində bu addımı atmaqla İran göstərdi ki, 1. Azərbaycanın ərazi bütünlüyünü sözdə dilə gətirsə də, əməldə onu tanımır: 2.Azərbaycan ərazilərini işğal etmiş Erməni terroristlərini dövlət səviyyəsində dəstəkləyir; 3. terrorçuluq və terrora yardım yolu ilə Orta Doğuda sərgilədiyi yayılmaçılıq siyasətini Qafqazlarda da həyata keçirməyə çalışır; 4. öz nüvə proqramına yarayacaq strateji materialları daşımaq üçün beynəlxalq nəzarətin olmadığı gizli bir yol əldə edir.

Belə bir durumda avtoritarAzərbaycan iqtidarının gerçəkliyi görməzlikdən gəlməsi, qanunsuz yol və körpülər faktını su bəndi və SES təbliğatı ilə ört-basdır etməyə çalışması qətiyyən haqlı sayıla bilməz.Artıq 27 ildir ki, Qarabağı terroristlərdən təmizləmək yönündə ciddi bir iş görməmiş bu avtoritar iqtidar indi də Erməni terroristlərini dövlət səviyyəsində dəstəkləyərək Azərbaycanın ərazi bütünlüyünə hörmətsizliklə yanaşan İranın qanunsuz əməlləri qarşısında fəaliyyətsiz qalır. Deməli, mövcud iqtidar üçün Azərbaycanın milli mənafeyini yox, öz şəxsi hakimiyyətini qorumaq daha önəmlidir.

AzFİ İdarə Heyəti 1. işğal edilmiş Azərbaycan torpaqlarında İranın Erməni terroristlərini dəstəkləmə siyasətini qətiyyətlə pisləyir və Azərbaycan iqtidarından uyğun cavab tədbirləri görməyi tələb edir; 2. milli mənafeyin pozulmasına qarşıAzərbaycan iqtidarının fəaliyyətsiz qalmasını kəsinliklə qınayır və bildirir ki, bu fəaliyyətsizlik mövcud iqtidarın boynunda qara ləkə olaraq tarix boyu qalacaqdır.

Isveç Azərbaycan Federasyonu (AzFİ) Idarə Heyəti

Besök adress: Friluftsvägen 26,

172 40 Sundbyberg Sverige

info@azfi.se

www.azfi.se

Qulamrza Səbri Təbrizlinin ölümü ilə bağlı Bildiriş İsveç Azərbaycan Federasyonunun (AFİ) 22 may/1 Xordad ayaqlanması ilə bağlı bildirisi

Related Posts

Az

Bəyaniyələr

İsveç Azərbaycan Federasyonunun (AFİ) 22 may/1 Xordad ayaqlanması ilə bağlı bildirisi

sebr2

Bəyaniyələr, Xəbərlər

Qulamrza Səbri Təbrizlinin ölümü ilə bağlı Bildiriş

maclis

Bəyaniyələr, Xəbərlər

İsveç-Azərbaycan Federasyonun Milli Məclisə Müraciətı

All rights reserved for azfi.se

Son Yazılar

  • İsveç Azərbaycan Federasyonunun (AFİ) 22 may/1 Xordad ayaqlanması ilə bağlı bildirisi
  • İsveç Azərbaycan Federasyonunun “Xudafərin” və “Qız Qalası” su bəndləri üzərindəki körpülərlə bağlı BƏYANATI
  • Qulamrza Səbri Təbrizlinin ölümü ilə bağlı Bildiriş
  • İsveç-Azərbaycan Federasyonun Milli Məclisə Müraciətı
  • İsveç Azərbaycan Federasyonu İdarə Heyətinin AFİ NTK üzvü Məcid Heydəri ilə bağlı ACIQLAMASI

Arxivlər

  • May 2020 (3)
  • Aprel 2020 (2)
  • Mart 2020 (4)
  • Fevral 2020 (1)
  • Yanvar 2020 (1)
  • Noyabr 2019 (1)
  • İyul 2019 (2)
  • May 2019 (3)
  • Aprel 2019 (5)
  • Mart 2019 (4)
  • Fevral 2019 (3)
  • Yanvar 2019 (6)
  • Dekabr 2018 (5)
  • Avqust 2018 (1)

Uzeyir Hacıbeyov – Azerbaycan Himni

https://www.azfi.se/wp-content/uploads/2018/12/Himn.wav