• Ev
  • Fəaliyyətimiz
  • Xəbərlər
  • Məqalələr
  • İsveçdə Azərbaycan yazıçıları
  • İdarə Heyəti
  • Bəyaniyələr
  • Əsasnamə
  • Əlaqə
  • TürkcəTürkcə
  • SvenskaSvenska
  • EnglishEnglish
sebr2
May 11 2020

Qulamrza Səbri Təbrizlinin ölümü ilə bağlı Bildiriş

Prof. Qulamreza Səbri Təbrizin ölümü ilə əlaqədar

 

Bildirişi

Prof. Dr.Qulamrza Səbri Təbrizinin ölüm xəbəri bütün Azərbaycan toplumu kimi İsveç Azərbaycan Federasyonu üzvlərini da dərindən üzmüşdür. Təbiətcə sakit, dözümlü və insanlığın bir çox yüksək özəl dəyərlərini özündə birləşdirən bu gözəl insanın itirilməsi bizim üçün ağır bir itgidir. Böyük Britaniyanın Edinburq kimi Dünya çaplı bir üniversitetin bütün bilim və yaşam imkanlarına baxmayaraq, Təbrizə yaxın olsun deyə Bakıya yerləşən Dr. Səbrinin yurd sevgisi bir örnək olaraq Azərbaycan Türk Millətinin xatirəsində həkk olmuşdur. O, ömrünün son 25 ilini demək olar ki, vətəni Azərbaycanda yaşamaqda davam etdi. Yeniyetmə çağlarını Azərbaycan Milli Hükuməti dönəmində keçməsi, gənc Qulamrzanın milli ruhlu olmasında böyük rol oynamışdı. O, ömür boyu Güney Azərbaycanın bir illik  azadlığını xatırlayır və  özünün ən qudsal xatirəsi kimi dilə gətirirdi. El bu üzdən də 20 dən çox kitabının hamısında öz yaşam fəlsəfəsinin kökünü milli istiqlala bağlayırdı. Vətən həsrəti, Mənim iki dünyam, Qürbət harayı, Xudafərin, Parçalanmış millət, Seyid Cəfər Pişəvəri, Sahilsiz Dəniz, Güney Azərbaycan tarixi Siyasi və kültüroloji müstəvidə vb. əsərlərinin təməlində millət və vətən dayanmaqdadır. Prof. Dr. Qulamrza Səbri Təbrizlinin xatirəsi hər zaman yad ediləcək və onun işıqlı yolu gəncliyimizə nur saçacaqdır.

Yolu yolumuz, adı-sanı çırağımız olsun!

İsveç Azərbaycan Federasonu (AFİ) İdarə Heyəti

İsveç-Azərbaycan Federasyonun Milli Məclisə Müraciətı İsveç Azərbaycan Federasyonunun “Xudafərin” və “Qız Qalası” su bəndləri üzərindəki körpülərlə bağlı BƏYANATI

Related Posts

Az

Bəyaniyələr

İsveç Azərbaycan Federasyonunun (AFİ) 22 may/1 Xordad ayaqlanması ilə bağlı bildirisi

ruhani

Bəyaniyələr, Xəbərlər

İsveç Azərbaycan Federasyonunun “Xudafərin” və “Qız Qalası” su bəndləri üzərindəki körpülərlə bağlı BƏYANATI

maclis

Bəyaniyələr, Xəbərlər

İsveç-Azərbaycan Federasyonun Milli Məclisə Müraciətı

All rights reserved for azfi.se

Son Yazılar

  • İsveç Azərbaycan Federasyonunun (AFİ) 22 may/1 Xordad ayaqlanması ilə bağlı bildirisi
  • İsveç Azərbaycan Federasyonunun “Xudafərin” və “Qız Qalası” su bəndləri üzərindəki körpülərlə bağlı BƏYANATI
  • Qulamrza Səbri Təbrizlinin ölümü ilə bağlı Bildiriş
  • İsveç-Azərbaycan Federasyonun Milli Məclisə Müraciətı
  • İsveç Azərbaycan Federasyonu İdarə Heyətinin AFİ NTK üzvü Məcid Heydəri ilə bağlı ACIQLAMASI

Arxivlər

  • May 2020 (3)
  • Aprel 2020 (2)
  • Mart 2020 (4)
  • Fevral 2020 (1)
  • Yanvar 2020 (1)
  • Noyabr 2019 (1)
  • İyul 2019 (2)
  • May 2019 (3)
  • Aprel 2019 (5)
  • Mart 2019 (4)
  • Fevral 2019 (3)
  • Yanvar 2019 (6)
  • Dekabr 2018 (5)
  • Avqust 2018 (1)

Uzeyir Hacıbeyov – Azerbaycan Himni

https://www.azfi.se/wp-content/uploads/2018/12/Himn.wav