• Ev
  • Fəaliyyətimiz
  • Xəbərlər
  • Məqalələr
  • İsveçdə Azərbaycan yazıçıları
  • İdarə Heyəti
  • Bəyaniyələr
  • Əsasnamə
  • Əlaqə
  • TürkcəTürkcə
  • SvenskaSvenska
  • EnglishEnglish
maclis
Aprel 21 2020

İsveç-Azərbaycan Federasyonun Milli Məclisə Müraciətı

Azərbaycan Milli Məclisi özünün 2020.04.09 tarixli toplantısında faşizm üzərindəki qələbənin 75 illiyi ilə bağlı yubiley medalı təsis etmişdir. Altı yüz mindən artıq insanı savaşa göndərilən və bu savaşda üç yüz mindən çox  övladını itirən Azərbaycanın belə bir yubiley medalı təsis etməsini razılıqla qarşıladıq. Bu medalın “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” (1945 – 2022) yubiley medalı adlandırılmasına isə təəssüf etdik. Bu adlandırma bizə Sovet dövrü məktəblərində tez-tez yazdırılan “SSRİ mənim Vətənimdir!” inşasını xatırlatdı.

2021-ci ildə dövlət müstəqilliyimizin 30 ili tamam olur. Ancaq bu müddətdə bir toplum olaraq müstəqillik zehniyyətinə yiyələnə bilmişikmi? Təəssüf ki, yox! Hələ də dünyaya, tarixə və hadisələrə müstəqil Azərbaycan dövlətçiliyi baxımından yox, 70 ildən artıq işğalı altında yaşadığımız Rus-Sovet Dövlətinin mənafeyi baxımından yanaşırıq. Bütün dünya dövlətlərinin “II Dünya Müharibəsi” kimi adlandırdığı bir tarixi gerçəkliyi Azərbaycanda bu gün belə “Böyük Vətən Müharibəsi” adlandırmaq əsarət zehniyyətindən hələ tam qurtula bilmədiyimizi göstərməkdədir.

1939-cu ildə SSRİ-nin Finlandiya və Polşaya qarşı başlatdığı işğalçı müharibə məgər “Böyük Vətən” müharibəsi idi? Alman faşizminə qarşı savaş məgər yalnız SSRİ-nin savaşı idi ki, ona “Böyük Vətən” Müharibəsi adı verilir? Elə isə bəs müttəfiq dövlətlərin faşizmə qarşı müharibəsi nə adlanmalıdır?

Fikrimizcə, daha ümumi xarakter daşıyan II Dünya Müharibəsi anlayışını “Böyük Vətən Müharibəsi” adlandırmaq təkcə Sovet dövrünün təbliğatını təkrarlamaq deyil, həm də qələbənin 75 illiyi ilə bağlı təsis edilən yubiley medalının dəyərini kiçiltməkdir. Halbuki II Dünya Müharibəsi anlayışı daha böyük bir tarixi dönəmi əhatə edir və yubiley medalını “II Dünya Müharibəsində Qələbənin 75 illiyi” adlandırmaq ona beynəlxalq status qazandırmaq baxımından da önəmlidir.

Deyilənləri gözə alaraq İsveç Azərbaycan Federasyonu Azərbaycan Milli Məclisinə müraciət edir və bildirir ki, məsələyə sıradan bir ad kimi yox, müstəqil dövlətçilik zehniyyətimizlə bağlı bir anlayış kimi yanaşılmalıdır. Bu yanaşım isə yubiley medalının məhz “II Dünya Müharibəsində Qələbənin 75 illiyi” adlandırılmasını tələb edir.

İsveç Azərbaycan Federasyonu İdarə Heyətinin AFİ NTK üzvü Məcid Heydəri ilə bağlı ACIQLAMASI Qulamrza Səbri Təbrizlinin ölümü ilə bağlı Bildiriş

Related Posts

Az

Bəyaniyələr

İsveç Azərbaycan Federasyonunun (AFİ) 22 may/1 Xordad ayaqlanması ilə bağlı bildirisi

ruhani

Bəyaniyələr, Xəbərlər

İsveç Azərbaycan Federasyonunun “Xudafərin” və “Qız Qalası” su bəndləri üzərindəki körpülərlə bağlı BƏYANATI

sebr2

Bəyaniyələr, Xəbərlər

Qulamrza Səbri Təbrizlinin ölümü ilə bağlı Bildiriş

All rights reserved for azfi.se

Son Yazılar

  • İsveç Azərbaycan Federasyonunun (AFİ) 22 may/1 Xordad ayaqlanması ilə bağlı bildirisi
  • İsveç Azərbaycan Federasyonunun “Xudafərin” və “Qız Qalası” su bəndləri üzərindəki körpülərlə bağlı BƏYANATI
  • Qulamrza Səbri Təbrizlinin ölümü ilə bağlı Bildiriş
  • İsveç-Azərbaycan Federasyonun Milli Məclisə Müraciətı
  • İsveç Azərbaycan Federasyonu İdarə Heyətinin AFİ NTK üzvü Məcid Heydəri ilə bağlı ACIQLAMASI

Arxivlər

  • May 2020 (3)
  • Aprel 2020 (2)
  • Mart 2020 (4)
  • Fevral 2020 (1)
  • Yanvar 2020 (1)
  • Noyabr 2019 (1)
  • İyul 2019 (2)
  • May 2019 (3)
  • Aprel 2019 (5)
  • Mart 2019 (4)
  • Fevral 2019 (3)
  • Yanvar 2019 (6)
  • Dekabr 2018 (5)
  • Avqust 2018 (1)

Uzeyir Hacıbeyov – Azerbaycan Himni

https://www.azfi.se/wp-content/uploads/2018/12/Himn.wav