• Ev
  • Fəaliyyətimiz
  • Xəbərlər
  • Məqalələr
  • İsveçdə Azərbaycan yazıçıları
  • İdarə Heyəti
  • Bəyaniyələr
  • Əsasnamə
  • Əlaqə
  • TürkcəTürkcə
  • SvenskaSvenska
  • EnglishEnglish
4
Aprel 1 2019

Yöteburqda Novruz bayramı

Yerin quzey yarımkürəsinə yaz gəldi – təbiətin yeni günü başladı. Ulu dədə-babalarımızın Yengi gün dediyi, orta yüzillərdə isə Novruz adlandırılan bu Yeni gün minillər boyu olduğu kimi, indi də Azərbaycanda ən qutsal milli bayramlardan biri sayılmaqda və minbir şənliklərlə qarşılanmaqdadır.

Azərbaycanda olduğu kimi, qürbətdə yaşayan Azərbaycan insanları da bu əziz bayramı təntənə ilə keçirməyi özünə milli borc bilir. İsveçin Yöteburq şəhərində 150-dən çox soydaşımızın bir araya gələrək Yeni gün bayramını qeyd etməsi də məhz bu milli borcdan doğan bir addımdır.

16 mart 2019-cu ildə Yöteburqda keçirilən yeməkli, musiqili bayram şənliyi hələ başlamamışdan hər kəsin diqqəti bayram sərgisinə yönəlmişdi. Dörd bəzəkli sıra boyunca düzülən bayram simgəsi məhsullar – boyalı yumurtalar, şəkərburalar, paxlavalar, şirnilər və milli mədəniyyətimizi ortaya qoyan çeşidli məişət əşyaları, milli geyimlər, ayrı-ayrı masalardakı səmənilər vb. öz gözəlliyi ilə göz oxşayırdı.

Bayram şənliyinin aparıcısı olan gənclər giriş sözü ilə şənliyi açıb hamını təbrik etdikdən sonra gözəl musiqi sədaları altında rəqslər başladı. Şənlik proqramının çeşidli bölmələri bir-birindən maraqlı və yaddaqalan idi. Milli geyimli Bahar qız öz rəqsi və mahnısı ilə şənliyə gerçək bir yaz havası gətirdi və hamının marağına səbəb olub sürəkli alqışlarla qarşılandı.

Daha sonra gənclər öz şıdırğı rəqsləri ilə meydanı qızışdırdı və çoxları da onlara qoşuldu. Birlik-birgəlik ruhu daşıyan unudulmaz Tənzərə yallısını bir-birindən gözəl  rəqslər əvəz etdikcə milli rəqslərimizin zənginliyi açıq-aydın görünürdü. Təkcə uşaq və gənclərin yox, böyüklərin də qatıldığı yumurta döyüşdürmə yarışı çox şən keçdi və ciddi maraq doğurdu. Qaliblərə ödül verilən bu yarış, şübhəsiz, heç kimin, özəlliklə uşaqların yadından çıxmayacaq.

14 uduşu olan lotereya yarışı da maraqla və udanlardan hər birinin alqışlanması ilə qarşılandı. Ancaq proqramın iki bölməsi – üç nəfərin ustalıqla oynadığı satirik səhnəcik və yüksək səviyyədə təşkil edilmiş karaoke həm bir yenilik, həm də nə qədər yeni istedadların tanınması ilə ayrıca seçildi.

Beş saatdan artıq davam edən bayram şənliyində yeməyi hazırlayan ailələrin, təşkilatçıların, tədbirdə aktivlik edənlərin adlarını çəksək, uzun bir siyahı alınar. Ancaq onların içərisində ssenari yazarı Raziyə Kazımova və dicey Cavid Ağayevin zəhməti ayrıca fərqləndirilə bilər.

Elşən Nəzərov

1
2
3
4


Təbrizdə həbs edilmiş Azərbaycan gəncləri ilə bağlı AFİ İdarə Heyətinin etiraz I samband med de massiva översvämningarna i Iran

Related Posts

10

Fəaliyyətimiz

Stokholmdakı Kral parkında uşaq bayramı

6

Fəaliyyətimiz

Türkiyənin İsveçdəki Səfirliyində görüş

18

Fəaliyyətimiz

AFİ XVI qurultayının raportu

All rights reserved for azfi.se

Son Yazılar

  • Ad günün kutlu olsun dəyərli Səadət xanım Kərimi!
  • AFİ-nin sədri Eldar Qaradağlının Diaspora Komitəsinə cavabı
  • Cənab Eldar Qaradağlıya Diaspora Komitəsindən
  • İsveç Azərbaycan Federasiyonunun 28 mayın 101-ci ildönümü ilə bağlı təbrik müraciəti.
  • 22 May – Güney Azərbaycan Milli Ayaqlanmasının13 -cü ildönümü

Arxivlər

  • Noyabr 2019 (1)
  • İyul 2019 (2)
  • May 2019 (3)
  • Aprel 2019 (5)
  • Mart 2019 (4)
  • Fevral 2019 (3)
  • Yanvar 2019 (6)
  • Dekabr 2018 (5)
  • Avqust 2018 (1)

Uzeyir Hacıbeyov – Azerbaycan Himni

https://www.azfi.se/wp-content/uploads/2018/12/Himn.wav